Modern.az

Milli Məclisin xüsusi iclası başa çatdı - YENİLƏNİB

Milli Məclisin xüsusi iclası başa çatdı - YENİLƏNİB

Parlament

16 May 2023, 14:52

Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclas keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda 228 xarici nümayəndə iştirak edib.

 

Xüsusi iclasa 30-a yaxın xarici ölkənin parlamentinin, o cümlədən Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətlərinin üzvləri qatılıb.

 

12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iclasda iştirak edib.

 

***

11:00

 

Milli Məclisin xüsusi iclası başlayıb.

 

Modern.az xəbər verir ki, iclas Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunur.

 

Toplantıda 26 ölkənin parlament nümayəndələri və 4 beynəlxalq parlament təşkilatnın təmsilçiləri iştirak edir.

 

Qeyd edək ki, xarici ölkələrinin parlament nümayəndə heyətləri iclasdan əvvəl Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi