Modern.az

4 ayda neçə nəfərə əlillik təyin edilib?

4 ayda neçə nəfərə əlillik təyin edilib?

16 May 2023, 11:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 16,6 min şəxsə əlillik təyin edilib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, onlardan 7,8 mininə ilkin, 8,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.

 

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi