Modern.az

Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət məhdudlaşdırıldı - YENİLƏNİB 

Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət məhdudlaşdırıldı - YENİLƏNİB 

Dünya

16 May 2023, 13:09

Tranzit daşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində təmir-bərpa işləri aparılır.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

 

Qeyd olunub ki, təmir-bərpa işləri ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

 

***

12:10

 

Bu gündən etibarən Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi qeyri-müəyyən müddətə bağlanıb.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, səbəb baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır.

 

Dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimindədir. Gürcüstan sektorunda işlərin təxminən 86 faizi yerinə yetirilib.

 

Ötən ilin dekabrında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirmişdi ki, bu il layihəyə əlavə 100 milyon dollar sərmayə qoyulacaq və onun möhtəşəm açılışı 2024-cü ildə baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi