Modern.az

İlon Maskdan Sorosa İTTİHAM - Bəşəriyyətə nifrət edir

İlon Maskdan Sorosa İTTİHAM - Bəşəriyyətə nifrət edir

Dünya

16 May 2023, 12:38

Özünü maliyyəçi kimi təqdim edən Corc Soros bəşəriyyətə nifrət edir.

 

Modern.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask "Twitter" hesabında bildirib.

 

Maskın sözlərinə görə, Soros fondları şəbəkəsi xoş niyyətlə yaradılmayıb və xoş mərama xidmət etmir. "O, sivilizasiyanın hüceyrələrini məhv etmək istəyir. Soros bəşəriyyətə nifrət edir", - amerikalı iş adamı bildirib.

 

Qeyd edək ki, amerikalı maliyyəçi Corc Soros müxtəlif ölkələrdə “rəngli inqilablar” həyata keçirməkdə ittiham olunur. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi