Modern.az

Peskov yenə taxıl sazişindən DANIŞDI

Peskov yenə taxıl sazişindən DANIŞDI

Dünya

16 May 2023, 13:56

"Taxıl müqaviləsi üzrə təmaslar davam edir, Rusiyaya aid hissəsinin həyata keçirilməsi ilə bağlı bir sıra məsələlər hələ də açıqdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Rusiya taxıl sövdələşməsi ilə bağlı qərar qəbul edildikdə məlumat verəcək. Kreml əmindir ki, Rusiya Federasiyasının xüsusi xidmət orqanları lazımi qaydada monitorinq aparır. Əməliyyat başa çatana qədər yüksək rütbəli məmurların postlarını tərk etmələrinə qadağa qoyulması ilə bağlı mesajlar həqiqəti əks etdirmir", - o bildirib.

 

Qeyd edək ki, Moskva vaxtaşırı olaraq taxıl sazişinin Rusiyaya aid hissəsinin yerinə yetirilməməsindən narazılıq edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi