Modern.az

Heydər Əliyev olmasaydı, çətinliklər olardı - Türkiyəli deputat

Heydər Əliyev olmasaydı, çətinliklər olardı - Türkiyəli deputat

Parlament

16 May 2023, 14:04

Bu gün rahatlıqla deyə bilirik ki, Heydər Əliyev olmasaydı, 90-cı illərdə həm Azərbaycan, həm də digər ölkələr üçün çətinliklər ola bilərdi.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Türkiyə Böyük Millət Məclisinin Büro Katibi, millət vəkili Bayram Özçelik bildirib.

 

“Heydər Əliyev Türkiyə və Azərbaycan arasında əlaqələrə hər zaman xüsusi diqqət yetirib. Onun səyi nəticəsində bu gün əlaqələr iki lider tərəfindən yüksək səviyyədə davam etdirilir. Türkiyə hər zaman qardaş ölkə Azərbaycanın uğurlarına sevinib və dəstəkləyib. Bundan sonra da əlaqələr belə davam edəcək. Qardaş ölkə Azərbaycan ilə güclü əlaqələr bizim üçün həmişə dəyişilməz dövlət siyasəti olub və olacaq. İki ölkə arasında əlaqələr Şuşa Bəyannaməsi ilə strateji səviyyədən müttəfiqlik səviyyəsinə keçib. Bu isə heç vaxt dəyişməyəcək. Türkiyə xalqı və dövləti hər zaman Azərbaycanın yanında olacaq”, - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi