Türkiyədə Əmək Partiyasının (EMEP) sədri Ercüment Akdeniz istefa verib.
Modern.az xəbər verir ki, partiya sədri bu barədə tviter səhifəsində paylaşım edib.
O, qərarını seçki nəticələri ilə əlaqələndirib. E.Akdeniz sədrliklə yanaşı, EMEP üzvlüyündən də istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, EMEP "Əmək və Azadlıq İttifaqı"nın tərkibində, Yaşıl Sol Partiyanın (YSP) proporsional siyahılarından seçkilərə qatılmışdı.