Modern.az

Ukrayna Rusiyanın ən bahalı raketlərini VURDU

Ukrayna Rusiyanın ən bahalı raketlərini VURDU

Dünya

16 May 2023, 17:20

Ukrayna ordusu Rusiya tərəfindən atılan 6 ədəd "Kinjal" hipersəs raketini havada vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnı məlumat verib.

 

O qeyd edib ki, təyyarələrdən atılan altı “Kinjal”, Qara dənizdəki gəmilərdən buraxılan doqquz “Kalibr” və qurudan buraxılan üç “İskəndər” raketi Ukrayna ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

 

Rusiya hakimiyyətinə bağlı “Zvezda” hərbi xəbər agentliyinin iddiasına görə, Rusiya ordusu "Kinjal" raketi ilə ABŞ-ın istehsal etdiyi “Patriot” hava hücumundan müdafiə sistemini məhv edib.

 

Səs sürətindən 10 qat sürətlə hərəkət edən "Kinjal" raketi 2000 km-ə qədər mənzilə malikdir. Raket ənənəvi və ya nüvə başlıqları daşıya bilir. Rusiya keçən il Ukraynada ilk dəfə bu silahdan istifadə edib. Bu ayın əvvəlində Kiyev ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək ilk dəfə “Kinjal” raketini vurduğunu iddia edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi