Modern.az

ABŞ rəsmisi İrəvana gəldi, baş prokurorla görüşdü

ABŞ rəsmisi İrəvana gəldi, baş prokurorla görüşdü

Dünya

16 May 2023, 17:40

ABŞ Dövlət Departamentinin Narkotiklərlə Mübarizə və Hüquq Mühafizəsi üzrə Əməkdaşlıq İdarəsinin icraçı katibinin müavini vəzifəsini icra edən Ceyms Aplqeytin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, Ceyms Aplqeyt səfər çərçivəsində Ermənistanın baş prokuroru Anna Vardapetyanla görüş keçirib.

 

Məlumata görə, Vardapetyan ABŞ-dan olan həmsöhbəti ilə qarşılıqlı əlaqələrin hazırkı səviyyəsini, prokurorluğun ehtiyacları üzrə davam edən dialoqu dəyərləndirib.

 

"Tərəflər əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi perspektivlərinə toxunublar", - deyə qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi