Modern.az

Ermənistan və ABŞ arasında vacib müqavilə 

Ermənistan və ABŞ arasında vacib müqavilə 

Dünya

16 May 2023, 23:08

Ermənistanın İstintaq Komitəsi və ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) arasında memorandum imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.

 

Memorandum transmilli cinayətkarlıqla mübarizə üzrə birgə iş üçün nəzərdə tutulub.

 

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, müqavilə əsasında əməkdaşlıq yeni səviyyəyə qalxacaq.

 

“Sənəd kibercinayətkarlığa, adam oğurluğuna, mütəşəkkil cinayətkarlığa, iqtisadi, maliyyə və bank sektorunda qeyri-qanuni beynəlxalq fəaliyyətə, o cümlədən çirkli pulların yuyulmasına, qeyri-qanuni miqrasiyanın bütün formalarına, insan alverinə, eləcə də digər cinayət növlərinə qarşı mübarizəyə aiddir”, - açıqlamada bildirilir.

 

Memorandumu Ermənistan İstintaq Komitəsinin sədr müavini Arsen Ayvazyan və ABŞ FTB-nin Ermənistan və Gürcüstandakı hüquq attaşesi Heder Berq imzalayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi