Modern.az

ABŞ rəsmisi Ermənistanın DİN rəhbəri ilə görüşdü

ABŞ rəsmisi Ermənistanın DİN rəhbəri ilə görüşdü

Dünya

17 May 2023, 11:16

İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Narkotiklərlə Mübarizə və Hüquq Mühafizəsi ilə Əməkdaşlıq İdarəsinin icraçı katibinin müavini vəzifəsini icra edən Ceyms Aplqeytin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın daxili işlər naziri Vahe Qazaryanla görüşüb.

 

Modern.az xəbər verir ki, məlumatı "Armenpress" yayıb.

 

Görüşdə ABŞ-ın Ermənistandakı səfirinin müavini Çip Leitinen və ABŞ-ın Ermənistandakı səfirliyinin Narkotiklərə Nəzarət və Hüquq Mühafizəsi Orqanları ilə Əməkdaşlıq Proqramının rəhbəri Aleksis Haftvani də iştirak edib.

 

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Vahe Qazaryan Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında formalaşmış 30 illik əməkdaşlığı xüsusi vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi