Modern.az

ABŞ Ermənistanı “rusları öz ərazisindən qovmağa” təhrik edir - Lavrov

ABŞ Ermənistanı “rusları öz ərazisindən qovmağa” təhrik edir - Lavrov

Dünya

17 May 2023, 11:40

"Rusiya prezidentinin köməkçisi Yuri Uşakov vaxtaşırı Ağ Evdən zənglər alır, Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri Evan Gerşkoviç və Rusiyada casusluqda həbs edilən amerikalı Pol Uilanın azadlığa buraxılması tələb olunur".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində deyib.

 

"Qərb metodik olaraq Rusiya Federasiyasının postsovet məkanındakı ən yaxın müttəfiqlərini Moskva ilə əlaqələrinə görə çox narahat vəziyyətə salmağa çalışır. Rusiya ABŞ-ın Ermənistana “rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirir", - deyə o əlavə edib.

 

Lavrovun sözlərinə görə, Ermənistan tərəfi KTMT missiyasını ölkəyə yerləşdirməyə razı olsaydı, bundan yalnız qazanmış olardı.

Bu xəbər ilə bağlı
Qərb Qafqazdan maraqlarına zidd addımlar atmağı tələb edir - XİN başçısı
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi