Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların inkişafı üçün Rəşt-Astara dəmir yolunun yaradılması üzrə əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması mərasimində iştirak ediblər.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Mərasim videokonfrans formatında baş tutub.