Modern.az

Lukaşenko da Tokayevi 70 yaşı münasibətilə təbrik etdi

Lukaşenko da Tokayevi 70 yaşı münasibətilə təbrik etdi

Dünya

17 May 2023, 12:58

Belarus prezidenti Aleksandr Lukaşenko ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Belarusun dövlət başçısı qazaxıstanlı həmkarını 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, ona möhkəm cansağlığı və dövlət fəaliyyətində gələcək uğurlar arzulayıb.

 

Prezidentlər Belarus və Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq məsələlərini, gələcək əməkdaşlığın perspektivlərini qısa şəkildə müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi