Modern.az

Lənkəran Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

Lənkəran Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

Təhsil

17 May 2023, 14:22

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib. 

 

Bu gün AzEdu.az-ın təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. AzEdu.az-ın "İlin gənc müəllimi" layihəsinin qalibi olan Lənkəran nümayəndəmiz Kamil Kazımov tələbələrlə uğurun sirlərini müzakirə edib. Daha sonra onlara qalib kimi təltifnamələri təqdim olunub.

 

Lənkəran Dövlət Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Bəşirli Xavər Rahim qızı- Tarix və coğrafiya müəllimliyi, l kurs

 

Kərimova Fidan Qabil qızı- Tarix müəllimliyi,l kurs

 

Mirzəzadə Leyla Natiq qızı- Kimya-biologiya müəllimliyi,l kurs

 

Ağayeva Mehriban Kamal qızı- Riyaziyyat və informatika müəllimliyi,l kurs

 

Nuruzadə Rəsul Əli oğlu - İqtisadiyyat, II kurs

 

Əliyeva Nəsibəxanım İsmayıl qızı - Mühasibat, III kurs

 

Qasımova Məryəm Ramik qızı - İngilis dili müəllimliyi, I kurs

 

Kərimova Sevinc Namiq qızı - İbtidai sinif müəllimliyi, II kurs

 

Şahverdiyev Əli Zaur oğlu- Kompüter mühəndisliyi, II kurs

 

Məmmədzadə Bəhruz Qahir oğlu - Baytarlıq təbabəti, II kurs

 

Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.


Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək