Qarabağdakı separatçıların "rəhbəri" Arayik Arutyunyan qondarma "Təhlükəsizlik Şurası"nın iclasını keçirib.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, iclasda baş verən son hərbi-siyasi hadisələr və müvafiq tədbirlər müzakirə edilib.
Bildirilib ki, iclasda "dövlət naziri" Qurgen Nersisyan və güc strukturlarının "rəhbər"ləri çıxış ediblər.
"Arayik Arutyunyan müvafiq strukturlara əhalinin həyatının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir sıra tapşırıqlar verib", - deyə separatçıların yaydığı məlumatda qeyd olunub.