Modern.az

Avropa İttifaqından Ermənistanı ifşa edən AÇIQLAMA

Avropa İttifaqından Ermənistanı ifşa edən AÇIQLAMA

Dünya

17 May 2023, 16:37

Avropa İttifaqı Qərb ölkələrindən Ermənistana, oradan da Rusiyaya ticarət axınında şübhəli artım müşahidə edir.


Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni bildirib.

 

Onun fikrincə, Avropa İttifaqı ölkələrinin gömrük sistemlərindəki boşluqlardan istifadə edərək, sanksiyalardan yayınmağa cəhd edirlər. 

 

"Sanksiyalardan yayınmağın müəyyən yolları var. Bunu gömrük sistemlərindəki boşluqlar vasitəsilə həyata keçirməyə çalışırlar. Ticarət yolu ilə sanksiyalardan yayınmağın variantları mövcuddur. Avropa ölkələrindən Ermənistan, Qazaxıstan və Qırğızıstana gələn malların Rusiyaya ixrac edilməsində artım qeydə alınıb", - Avrokomissar vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi