Modern.az

CAR prezidenti Ukraynaya getmək istəyir - Sülh planı

CAR prezidenti Ukraynaya getmək istəyir - Sülh planı

Dünya

17 May 2023, 16:30

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Ukraynaya səfər etmək istədiyini bildirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Ukrayna prezidentin mətbuat katibi Sergey Nikiforov faktı təsdiqləyib.

 

Onun sözlərinə görə, Ramafosa bir neçə Afrika ölkəsindən missiya çərçivəsində Kiyevə gəlmək istədiyini açıqlayıb.

 

"CAR prezidenti Siril Ramafosa mayın 13-də telefon danışığı zamanı həqiqətən də Volodimir Zelenskiyə bir neçə ölkədən missiya çərçivəsində Ukraynaya gəlmək niyyəti barədə məlumat verib", - Nikiforov bildirib.

 

Bundan əvvəl Afrikanın Ukrayna ilə bağlı “sülh planını” hazırladığı bildirilirdi. Ramafosa həmçinin bildirib ki, plan ABŞ və Böyük Britaniya da daxil olmaqla Qərb ölkələrindən “ehtiyatlı dəstək” alıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi