Modern.az

CHP zəlzələ bölgəsində biabırçılıq edir - Ərdoğan

CHP zəlzələ bölgəsində biabırçılıq edir - Ərdoğan

Dünya

17 May 2023, 18:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin baş qərargahından millət vəkilləri və bələdiyyə sədrlərinə videomüraciət ünvanlayıb.

 

Modern.az xəbər verir ki, Ərdoğan çıxışı zamanı müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədrlərini sərt tənqid edib.

 

“CHP bələdiyyələri və müttəfiq QHT-lər zəlzələ bölgəsinə yardımların kəsilməsindən tutmuş, zəlzələ qurbanlarının otellərdən atılmasına qədər hər cür biabırçılıq nümayiş etdirir. Biz bu məsələni (28 may seçkiləri nəzərdə tutulur-red) başa çatdırana kimi zərrə qədər arxayınlıq və boşluq yaratmadan eyni əzmlə işləməyə davam edəcəyik",- AKP lideri deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi