Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində "Sabah" klubu "Sumqayıt" komandasının qonağı olub.
Modern.az xəbər verir ki, görüş Bakı klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Con İrasabal, Davit Volkov, Kristian da Silva və Kristian Sebalyos vurublar.
Qələbədən sonra xallarının sayını 80-ə çatdıran "Sabah" komandası ikinci pillədə qərarlaşıb. 28 xalı olan "Sumqayıt" isə 8-ci sırada yer alıb.