Modern.az

“Real”dan biabırçı məğlubiyyət - “Mançester Siti” FİNALDA

“Real”dan biabırçı məğlubiyyət - “Mançester Siti” FİNALDA

İdman

18 May 2023, 00:53

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Real Madrid"lə "Mançester Siti" qarşılayıb.

 

Modern.az xəbər verir ki, yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə rəqibini öz meydanında darmadağın edib.

 

"Etihad" stadionunda keçirilən oyun İngiltərə komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Bernardu Silva (23-cü və 37-ci dəqiqələr), Eder Militao (avtoqol) və Xulian Alvares vurub.

 

Tarixində ikinci dəfə finala yüksələn "Mançester Siti" həlledici oyunda "İnter"lə qarşılaşacaq. Final görüşü iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü