Modern.az

Avroliqada finalçılar bəlli olur

Avroliqada finalçılar bəlli olur

18 May 2023, 07:54

Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq.

 

Modern.az-ın məlumatına görə, yarımfinalın cavab oyunlarından sonra həlledici görüşə vəsiqə qazanan komandalar müəyyənləşəcək.

 

İlk oyunda İtaliyada "Yuventus"la 1:1 hesablı heç-heçəyə razılaşan "Sevilya" bu dəfə rəqibini İspaniyada qəbul edəcək. "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi niderlandlı Denni Makkeli olacaq.

 

Yarımfinalın digər cavab oyunda İtaliya "Roma"sı Almaniyada "Bayer"lə qarşılaşacaq. "Bay Arena"da keçiriləcək görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Komandalar arasında ilk dueli "canavarlar" qazanıb - 1:0.

 

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları

18 may

 

23:00. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya)


Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun - 1:1

 

23:00. "Bayer" (Almaniya) - "Roma" (İtaliya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, "Bay Arena"
İlk oyun - 0:1

 

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü