Modern.az

Prezidentin qızı üçün özəl gün - FOTOLAR

Prezidentin qızı üçün özəl gün - FOTOLAR

3 İyul 2013, 10:06

Modern.az xəbər verir ki, bu gün Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri Leyla Əliyevanın doğum günüdür. Leyla Əliyeva 1986-cı ilin iyulun 3-də Moskva şəhərində anadan olub.

Leyla Əliyeva Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.
O, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.

2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə Mikayıl və Əli adlı əkiz oğlanları dünyaya gəlib.

Modern.az-ın məlumatına görə, “RİA-Novosti” agentliyinə müsahibələrinin birində L.Əliyeva bir sıra maraqlı məqamlara toxunmuş, o cümlədən fəal ictimai həyatını ailə həyatı ilə necə uzlaşdıra bilməsindən də danışmışdı.

“Əslində, məhz işlərimi çatdırmaq çətindir. Mən tez-tez təyyarə ilə uçuram, amma özümə söz vermişəm ki, hara getsəm uşaqlarımı da özümlə götürəcəyəm. Buna görə də indi onlar həmişə mənim yanımda olur. Hətta 5 günlüyə və ya bir həftəliyə uçub gedəndə də mən istəyirəm ki, uşaqlar özlərinə diqqət hiss etsinlər, bu, onlar üçün çox vacibdir. Yəqin ki, həmişə ən başlıca məsələ hər şeyin uğurlu olacağına, hər şeyin yaxşı olacağına inanmaqdır. Nədənsə mən hər bir işi görəndə həmişə inanıram ki, hər şey yaxşı olacaq, əla olacaqdır. Bu, hər bir insan üçün vacibdir. Onda həqiqətən hər işə vaxt çatacaq və hər şey yaxşı olacaqdır”.
Müsahibəsində L.Əliyeva vaxtın sürətlə ötüb keçməsindən də şikayətlənmişdi...

... vaxt sürətlə keçir. Amma digər tərəfdən heç vaxt bilmirsən ki, haraya gedib çıxacaqsan. Məsələn mən Londonda oxuyarkən heç vaxt ağlıma gəlməzdi ki, Moskvada yaşayacağam. Amma ərə getdim və indi burada yaşayıram. Hərçənd, mən Moskvada doğulmuşam və 7 il burada yaşamışam. Uşaqlar barədə hələ bilmirəm. Emin (əri – red.) Amerikada oxuyub, buna görə də ola bilsin ki, o, onların Amerikada oxumasını istəyərdi. Mən isə Londonda oxumuşam və buna görə də ola bilsin ki, onların Londonda oxumalarını istərdim. Lakin bununla belə, Bakı da var, Moskva da var, bir sözlə, hələ bilmirəm”.

Jurnalistlə söhbətdə L.Əliyeva şəxsi həyatı ilə bağlı digər suallara aşağıdakı kimi cavab verib:

- Əlbəttə, nələrsə çatışmır. Məncə, elə bir adam yoxdur ki, hər şeyə nail olduğunu və daha öyrənəsi heç nə olmadığını deyə bilsin. Hər bir yaşda, hər bir vəziyyətdə, hər bir insanın bilmədiyi, öyrənə biləcəyi nələrsə vardır. Məsələn, mən fransız və italyan dillərini öyrənmək istərdim. Londonda oxuyarkən ispan dilini öyrənirdim və bir il İspaniyada yaşadım. Hesab edirəm ki, dil bilmək insana çox üstünlüklər verir. Mən istərdim ki, uşaqlarım da çox dil bilsinlər. Əlbəttə, paraşütlə tullanmaq istəyirəm, amma uşaqlar doğulandan sonra bu işlə məşğul olub-olmayacağımı bilmirəm…
… Amma mümkündür. İşimdə də irəli getmək istəyirəm. Layihələr, ideyalar çoxdur. Həqiqətən hər şeyə vaxt çatmır. Amma yenə də hər şeyin uğurlu olacağına inansaq, zənnimcə, gələcəkdə xeyli maraqlı işlər görmək olar.












Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI