İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək.
Modern.az xəbər verir ki, bunu “Təhsil masası”nda Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək.