Modern.az

Sertifikasiyadan kəsilənlər nə vaxt imtahan verəcək? - AÇIQLAMA

Sertifikasiyadan kəsilənlər nə vaxt imtahan verəcək? - AÇIQLAMA

Təhsil

18 May 2023, 11:45

Ötən ilki sertifikasiya imtahanlarında uğur qazanmayan 2800 müəllim üçün təkrar imtahanların iyulun sonu, avqustun əvvəli keçirilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

 

Onun sözlərinə görə, həmin müəllimlərim təlimləri tam başa çatmalıdır.

 

Nazirlik rəsmisi qeyd edib ki, bu gündən etibarən ilk dəfə imtahanda iştirak edəcək müəllim namizədlərə bildirişlər göndəriləcək:  “Onların arasında Azərbaycan dili və ədəbiyyatı, eləcə də ötən il regionlardakı məktəblərdə çalışan ibtidai sinif müəllimləri var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək