Modern.az

Deputat: “Yeni qanun sahibkarlıqla bağlı paralel araşdırmaları qadağan edir”

Deputat: “Yeni qanun sahibkarlıqla bağlı paralel araşdırmaları qadağan edir”

Təhsil

3 İyul 2013, 10:31



“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” qanuna görə, artıq bir neçə dövlət orqanı hansısa müəssisədə, yaxud sahibkarın fəaliyyətini eyni məzmunda yoxlaya bilməyəcək. Yeni qanun bunu qadağan edəcək”.
Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Əli Məsimli deyib. O bildirib ki, ümumiyyətlə hazırda sahibkarlıq haqqında qəbul olunan qanunların hamısının yenidən baxılmasına ehtiyac var.

“Sivil ölkələrdə cəmi bir neçə yoxlayıcı orqan mövcuddur. Azərbaycanda isə bu funksiyanı yerinə yetirən xeyli sayda dövlət qurumu var. Yəni öz vəzifəsinə görə bir-birini təkrarlayan dövlət orqanları mövcuddur. Yeni qanun bu yoxlayıcı təşkilatların paralel araşdırmasını qadağan edir”.

Əli Məsimli qeyd edib ki, bu gün sahibkarlıq haqqındakı qanunlara yenidən baxılan zaman hamısının əsasında sahibkarların hüquqlarının müdafiəsinə dair yeni qanun qəbul olunub-olunmayacağı məlum olacaq.  

Gültəkin ƏLƏSGƏR        
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...