Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə seçkilər keçirilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, parlament sədrliyinə keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Cəmil Çiçək qalib gəlib. Növbəti dəfə parlament sədri seçilən C.Çiçək 477 deputatın 229 səsi ilə rəqiblərini geridə qoyub.
Səsvermədə CHP-li millət vəkili Osman Korutürk 109, MHP nümayəndəsi Faruk Bal isə 47 səs toplaya bilib.
Qeyd edək ki, Cəmil Çiçək bundan öncə də TBMM-in sədri kimi fəaliyyət göstərirdi.
Modern.az