Modern.az

Təhsil krediti alan tələbələrin SAYI

Təhsil krediti alan tələbələrin SAYI

Təhsil

18 May 2023, 14:24

Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı gündən bu günə qədər olan statistikası açıqlanıb.

 

Fonddan Modern.az-a bildirilib ki, bu günə qədər 25 min 414 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 434 nəfərin müraciəti natamam olub, 366 nəfərin müraciəti emal mərhələsindədir.

 

Habelə 6151 nəfərin müraciətinə imtina cavabı verilib, 220 nəfərin müraciəti isə banka yönləndirilib.

 

TTKF fəaliyyətə başladığı gündən 18 min 243 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 6 min 666 nəfərin müraciəti sosial təhsil tələbə krediti, 11 min 577 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək