Modern.az

PSJ baş məşqçisiz qaldı

PSJ baş məşqçisiz qaldı

18 May 2023, 13:56

PSJ-nin baş məşqçisi Kristof Qaltye komandadan ayrı düşüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

 

57 yaşlı mütəxəssis bu gün keçiriləcək məşqdə komandaya rəhbərlik etməyəcək. O, tibbi səbəblərdən məşqdən kənar qalacaq.

 

Hazırlıq prosesinə onun köməkçiləri Tyerri Oleksiyak və Joao Sakramento başçılıq edəcək. Qaltye sabahdan iş başına dönəcək.

 

Qeyd edək ki, PSJ-nin yayda baş məşqçisi ilə vidalaşacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü