Modern.az

Nazpəri Dostəliyeva həbs oluna bilər – AÇIQLAMA

Nazpəri Dostəliyeva həbs oluna bilər – AÇIQLAMA

Təhsil

3 İyul 2013, 11:35
Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevanın ona kəsdirdiyi cəriməni ödəməyəcək. O bildirib ki, nə televiziya vasitəsilə üzr istəyəcək, nə də 50 min manat cəriməni ödəyəcək.   

Bəs hüquqi müstəvidə bu məsələ necə həll olunmalıldır? Məhkəmənin qərarını icra etməmək cinayət hesab olunurmu?   

Hüquq müdafiəçisi Elçin Behbudov Modern.az-a açıqlamasında bildirib ki, məsələnin bu həddə çatması biabırçılıqdır: ”Onların hər ikisini cəmiyyətdə hər kəs tanıyır. Sevimli və tanınan sənətkarlardır. Əvvəlla məsələnin bu həddə çatması biabırçılıqdır. İkincisi, məhkəmənin qərarını icra etməmək cinayət sayılır. Əgər Nazpəri Dostəliyeva məhkəmənin qərarını icra etməsə, həbs oluna bilər. Amma çox az ehtimal var ki, o həbs olunsun”.   

Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Nazpəri Dostəliyeva İlhamə Quliyevaya 50 min manat təzminat ödəməli və televiziya vasitəsilə üzr istəməlidir. Maraq üçün bildirək ki, bir müddət öncə tanınmış rejissor Aqil M.Quliyev də məhkəmə qərarını icra etmədiyinə görə həbs olunmuş, sonradan azadlığa buraxılmışdı.  

 

İntiqam VALEHOĞLU


Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...