Modern.az gürcü mətbuatına istinadən bildirir ki, baş nazir dünən mətbuat konfransında jurnalistlərə bildirb ki, bu mövzuda mötədillik etmək olmaz.
“Mən ölkəni tərk etmirəm, verdiyim bütün vədləri yerinə yetirəcəm. Mövcud məsələlər həll olunmayana qədər də vəzifəmi tərk etməyəcəm.” – deyə, o, bildirib. O, həmçinin qeyd edib ki, onu bu qərarından daşındıra bilərlər.“Mən bu gediş ərəfəsində öz mövqeyimi cəmiyyətə çatdırmaq istəyirəm və ictimaiyyətə bunun zəruri olduğunu inandırmağa çalışacağam, ancaq baxarıq".”
Baş nazir qətiyyətlə bildirib ki, hələ 20 il də məsləhətlər verə və Gürcüstanda yeni cəmiyyətin formalaşdırılmasına kömək edə bilər: " Hökumət Gürcüstan cəmiyyətinin yalnız az hissəsini təşkil edir və məndə cəmiyyət tərəfindən hökumətə nəzarət etmək imkanları olacaq. Bunun üçün lazım olan lingləri təmin edib, bütün lazımlı ilkin şərtləri yaradacağam ki, ölkə şəxsiyyətlərdən deyil, institutlardan asılı olsun".
İvanişvili prezident seçkiləri ilə bağlı danışarkən “Gürcü arzusu” koalisiyzsının namizədi Georgi Marqvelaşvilinin namizədliyinin əvəzlənməsinin mümkünsüzlüyünə diqqət çəkib. “Mən bu gün də hesab edirəm ki, siyasət mənim yerim deyil. Siyasətə ona görə qoşuldum ki, bu ölkəyə lazım idim. Bu müddət ərzində mənim müraciətlərim də heç siyasi bəyanatlar deyildi. Hazırda G. Marqvelaşvili ilə rəqabət edəcək namizəd tanımıram. Ondan imtina etmək üçün heç bir səbəb görmürəm. Yaxşı prezident olmaq üçün onda bütün özəlliklər var. ”
Elçin MURAD