Suriya prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi məlumat yayıb.
Əsəd sonuncu dəfə 2010-cu ildə Liviyada Ərəb Dövlətləri Liqasının sammitində iştirak edib.
O, Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına eniş edib. Suriyanın “əl-Vətən” qəzeti yazır ki, Bəşər Əsəd bu axşam, mayın 18-i və cümə günü səhər ikitərəfli görüşlərdə bir sıra liderlərlə görüşəcək.