Modern.az

Hacıqabulda ağır qəza - 5 nəfər yaralandı

Hacıqabulda ağır qəza - 5 nəfər yaralandı

Hadisə

18 May 2023, 22:28

Hacıqabulda baş verən yol qəzasında 5 nəfər yaralanıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Əsədov küçəsində qeydə alınıb.

 

İlkin məlumata görə, yol qəzası zamanı 1965-ci il təvəllüdlü İsmayılova Güldanə Mahal qızı, 1994-cü il təvəllüdlü Babazadə Zahid Rahim oğlu, 1989-cu il təvəllüdlü Əliyev Yaqub Faiq oğlu, 1967-ci il təvəllüdlü Əliyeva Mehriban Rüstəm qızı və 1954-cü il təvəllüdlü Mirzəliyev Qiyas Mirzəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal