Modern.az

\"Fənərbağça\"dan inamlı qələbə

\

18 May 2023, 23:56

Türkiyə Super Liqasının XXXIV turunda "Fənərbağça" klubu "Trabzonspor"u qəbul edib.

 

Modern.az xəbər verir ki, "Ülker" stadionunda keçirilən matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qolları İstanbul klubundan Mişi Batşuayi, Luan Peres, Enner Valensiya , "Trabzonspor"dan Trezequet vurub.

 

Qələbədən sonra xallarını 71-ə çatdıran "Fənərbağça" 2-ci pillədəki mövqeyini möhkəmləndirib. Komandanı lider "Qalatasaray"dan 5 xal ayırır. 48 xalı olan "Trabzonspor" isə 8-ci sıradadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü