Modern.az

ABŞ yeni sanksiyalar hazırlayır - 300-ə yaxın şirkət...

ABŞ yeni sanksiyalar hazırlayır - 300-ə yaxın şirkət...

19 May 2023, 00:52

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketinə 300-ə yaxın şirkət, gəmi və təyyarə daxil olacaq.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin adı açıqlanmayan rəsmisi bildirib.

 

Onun sözlərinə görə, ABŞ Rusiya və üçüncü ölkələrdən olan 70-ə yaxın şirkətə ixrac məhdudiyyətləri tətbiq edəcək. “Rusiyanın bizim xidmətlərimizdən istifadəsinin qarşısını almaq üçün yeni qadağalar tətbiq edəcəyik”, - ABŞ rəsmisi deyib.

 

Sanksiyalar əsasən "döyüş meydanı üçün əsas əhəmiyyət kəsb edən" bir sıra malların tədarükünün məhdudlaşdırılmasını əhatə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi