Modern.az

Avropa Liqasının FİNALÇILARI

Avropa Liqasının FİNALÇILARI

İdman

19 May 2023, 07:40

Futbol üzrə UEFA Avropa Liqasında finalçılar bəlli olub.


Modern.az xəbər verir ki, səfərdə Almaniyanın “Bayer Leverkuzen” klubu ilə qolsuz heç-heçə edən “Roma” bu turnirdə ilk finalçı olub.


Qeyd edək ki, komandalar arasında Romada keçirilən ilk oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı 1:0.


“Roma”nın finaldakı rəqibi isə öz meydanında “Yuventus”u əlavə vaxtda 2:1 hesabı ilə məğlub edən “Sevilya” olub. Oyunda hesabı Vlahoviçin qolu ilə “Yuventus” açsa da, Suso tablodakı rəqəmləri bərabərləşdirib – 1:1. Turində oynanılan ilk matç da heç-heçə nəticələndiyindən, əlavə vaxt oynanılıb.
Əlavə vaxtda isə Erik Lamela meydan sahiblərinin qələbə qolunu vurub – 2:1.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 31-də Budapeştdə keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü