Modern.az

Britaniya Rusiyadan almaz idxalına qadağa qoyur

Britaniya Rusiyadan almaz idxalına qadağa qoyur

Dünya

19 May 2023, 07:52

Britaniya hökuməti Rusiyadan mis, alüminium və nikel, həmçinin almazın idxalına qadağa qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, bu ilin sonunda Rusiya almazlarının idxalına qadağa qüvvəyə minəcək.

 

Böyük Britaniya, həmçinin Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 86 nəfər və şirkətə qarşı sanksiya tətbiq edəcək.

 

"The Economic Times" nəşri yazıb ki, G7 ölkələri dünyanın ən böyük almaz istehsalçılarından biri olan Rusiyanın "Alrosa" şirkətinə qarşı sanksiyalar tətbiq edə bilər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi