Modern.az

G7 sammiti işə BAŞLAYIB

G7 sammiti işə BAŞLAYIB

19 May 2023, 08:17

G7 ölkələrinin Yaponiyanın Hiroşima şəhərində keçirilən sammiti öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, G7 ölkələrinin liderləri ilk öncə 1945-ci ildə ABŞ-ın atdığı atom bombası qurbanlarının xatirəsinə həsr olunmuş Sülh Parkını ziyarət ediblər.

 

Liderlər gün ərzində üç iş sessiya keçirəcək.  Yaponiya Xarici İşlər Nazirliyi  bildirib ki, sessiyalarda biri Ukrayna mövzularına həsr olunacaq.

 

Gündəlikdə on iclas və müxtəlif əlavə tədbirlər var.

 

Qeyd edək ki, G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, Kanada) sammiti üç gün davam edəcək. Avstraliya, Braziliya, Cənubi Koreya, Vyetnam da tədbirdə iştirak etmək üçün dəvət alıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi