Misirdəki gərgin vəziyyətlə əlaqədar olaraq azərbaycanlı diplomatların ailələri və diaspora üzvləri bu ölkədən çıxardılıb. Bu barədə Trend-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev məlumat verib.
Səfirin sözlərinə görə, ölkədə vəziyyət gərgin olaraq qalır və təhlükəsizlik məqsədilə Misirdəki diplomatların ailələrinin və burada yaşayan Azərbaycan diasporasının üzvilərinin ölkədən çıxarılması barədə qərar qəbul edilib: "Çərşənbə axşamı onlar təyyarə ilə Bakıya göndərilib".
Modern.az