Modern.az

Sinan Oğan eyforiyaya qapılmasın - Binəli Yıldırım

Sinan Oğan eyforiyaya qapılmasın - Binəli Yıldırım

Dünya

19 May 2023, 10:00

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım prezident seçkilərində üçüncü yeri tutan namizəd Sinan Oğana zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Yıldırım "CNN Türk"ə müsahibəsində bildirib.

 

"Mayın 14-ü seçkidən sonra Sinan Oğana zəng etdim və onu təbrik etdim", - o deyib.

 

Yıldırım vurğulayıb ki, Sinan Oğan çox da eyforiyaya qapılmamalıdır:

 

"Hazırda Sinan Oğanın müştərisi çoxdur. Onunla müzakirə aparılıb-aparılmayacağının qərarını mən verə bilmərəm. Sinan bəy də çox eyforiyaya qapılmamalıdır. Əgər topladığınız səsi sövdələşmə üçün istifadə etsəniz, ticarətə çevirsəniz, seçici sizə "xoş gəldin" deməz. Vətəndaş "sən nə iş görürsən, verdiyimiz səsi ticarətə çevirmə haqqını sənə kim verdi" deyər".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi