Modern.az

Azərbaycan-Ukrayna işçi qrupunun rəhbəri dəyişir

Azərbaycan-Ukrayna işçi qrupunun rəhbəri dəyişir

Parlament

19 May 2023, 10:28

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişir.

 

Modern.az-ın xəbərinə görə, bu, mayın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.

 

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov olacaq.

 

Hazırda işçi qrupunun rəhbəri Rüfət Quliyevdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi