Modern.az

ABŞ Ukraynaya F-16 tədarük etməyə icazə verəcək

ABŞ Ukraynaya F-16 tədarük etməyə icazə verəcək

19 May 2023, 10:48

ABŞ prezidenti Co Baydenin administrasiyası son həftələrdə avropalı müttəfiqlərinə F-16 qırıcılarının Ukraynaya ixracına mane olmayacağına dair siqnallar göndərib.


Modern.az xəbər verir ki, bu barədə "CNN" kanalı məlumat yayıb.


Kanal qeyd edir ki, Ağ Ev Konqres üzvləri və müttəfiqləri tərəfindən döyüş təyyarələri ilə bağlı artan təzyiqlərlə üzləşib: "ABŞ hələ də Kiyevə öz F-16-larını göndərməsə  də, ABŞ rəsmiləri "CNN"ə bildiriblər ki, müttəfiqlər bunu etmək qərarına gələrsə, administrasiya Ukraynaya təyyarə ixracını təsdiqləməyə hazırdır".


Həmçinin qeyd olunur ki, Avropa ölkələrindən F-16-nın ixracı ilə bağlı rəsmi müraciət daxil olmayıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi