Bu gün paytaxtın Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Tbilisi prospektində yol infrastrukturunun yenilənməsi işləri ilə əlaqədar olaraq ərazidən keçən və uzun müddətdir istismarda olaraq yararsız vəziyyətə düşmüş 500 mm diametrli magistral su xətti yenisi ilə əvəzlənir.
Modern.az