Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş başa çatıb.
Modern.az xəbər verir ki, daha sonra üçtərəfli görüş başlayıb.
***
Modern.az xəbər verir ki, Ararat Mirzoyan və Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar evi"ndə görüşür.
Tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edirlər.
Qeyd edək ki, bundan əvvəl Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. Daha sonra üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.