Modern.az

Dövlət Komitəsi: Ölkədəki bütün məscidlərin təmiri ilə bağlı təkliflər hazırlanır

Dövlət Komitəsi: Ölkədəki bütün məscidlərin təmiri ilə bağlı təkliflər hazırlanır

3 İyul 2013, 14:16


Bir müddət əvvəl ölkə prezidenti “İmamzadə” məscid ziyarətgah kompleksinin təmir-bərpası üçün maliyyə ayrılması barədə sərəncam imzalayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirdilər ki, Şamaxı Cümə məscidinin açılışında dövlət başçısı qeyd edib ki, ölkədə təmir olunmayan məscid və digər ibadət ocağı qalmayacaq. Dövlət Komitəsi də buna uyğun müvafiq təklifləri hazırlayır.
Azərbaycanda yeni məscidlərin tikilməsi məsələsinə də DQİDK-dan aydınlıq gətirilib ki, əgər həqiqətən hansısa ərazidə məscid tikintisinə ehtiyac varsa, qanunvericiliyə uyğun formalaşmış dini icma fəaliyyət göstərirsə və Qafqaz Müsəlmanları İdarəsi məscidə din xadimi təyin etməyə hazırdırsa, o zaman Azərbaycanın istənilən bölgəsində məscid inşa etməkdə heç bir problem yoxdur. Bununla əlaqədar təxminən 20-yə yaxın müraciətə hazırda Dövlət Komitəsində baxılmaqdadır.

Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...