Modern.az

"Elektroenergetika haqqında" qanun təsdiqləndi

İqtisadiyyat

19 May 2023, 15:36

"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

 

Modern.az xəbər verir ki, sənədi Prezident İlham Əliyev imzalayıb.

 

Bu Qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

 

Sənədin 39.2-ci və 39.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi