Ermənistan prezidenti Vahaqn Xaçaturyan Qətərə işgüzar səfər edəcək.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, səfər mayın 23-25-də baş tutacaq.
Bildirilib ki, Xaçaturyan Qətər İqtisadi Forumunda iştirak edəcək və əmir Təmim ibn Həməd Al Tani ilə görüşəcək.
Qeyd olunub ki, digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri ilə də danışıqların aparılması nəzərdə tutulur.