Modern.az

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

Mədəniyyət

19 May 2023, 17:02

“Əfsanəvi aktyor Helmut Bergerin ölümünü böyük kədərlə elan etmək məcburiyyətindəyik. O, 79 illik yubileyinə az qalmış doğma şəhəri Salzburqda səhər saat 4-də gözlənilmədən dünyasını dəyişib. Mayın 29-da Bergerin 79 yaşı tamam olmalı idi".

 

Modern.az xəbər verir ki, bu, "Helmut Werner Management" şirkətinin məşhur aktyor Helmut Bergerin vəfatı barədə yaydığı məlumatda deyilir.

 

Helmut Berger 1944-cü ildə anadan olub. 1964-cü ildə o, italyan rejissoru Luçino Viskonti ilə tanış olub və onun sayəsində “Cadugər” filmində ilk rolunu oynayıb. Helmut Bergerin şöhrəti Luçino Viskontinin nasist Almaniyasındakı hadisələrdən bəhs edən "Tanrıların ölümü" (1960) filmində metallurgiya konserni rəhbərinin oğlu rolunu oynamaqla daha da artıb. Bu rola görə Berger "Ən Yaxşı Yeni Aktyor" nominasiyasında "Qızıl Qlobus" mükafatına namizəd olub.

 

Aktyorun filmoqrafiyasına filmlər və televiziya şouları da daxil olmaqla 60-a yaxın layihə daxildir. 2019-cu ilin noyabr ayında Helmut Berger səhhətindəki problemlərə görə təqaüdə çıxdığını elan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu