Azərbaycana 9 il bundan əvvəl səfər etdiyini xatırladan Ajda Pekkan Bakının çox dəyişdiyini, hədsiz gözəlləşdiyini və Bakıya heyran qaldığını söyləyib. Azərbaycanda özünü qərib bir ölkədə deyil, öz vətənindəki kimi hiss etdiyini söyləyən Ajda Pekkan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin və əməkdaşlığın daha da genişlənməsindən sevindiyini deyibvə özünün də Azərbaycanla əməkdaşlığını daha da genişləndirməsindən məmnunluq duyduğunu bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türkiyənin məşhur sənətçisi Ajda Pekkana Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materiallar və özünün müəllif olduğu kitabları və musiqi albomlarını hədiyyə edib. Sonra Türkiyənin məşhur sənətçisi Ajda Pekkan millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Bakı, onun tarixi yerləri və mədəniyyəti ilə tanış olub.