Modern.az

36 yaşlı kişini "tok" vurub öldürdü 

36 yaşlı kişini

Hadisə

19 May 2023, 21:45

Oğuzda rəngsazı elektrik cəryanı vuraraq öldürüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Oğuz şəhəri "Gənclik" massivi adlanan ərazidə baş verib.

 

Evlərdən birində rəngsaz işləyən, rayonun Bayan kənd sakini, 1987-ci il təvəllüdlü Şərif Məhəmməd oğlu Babayevi elektrik cəryanı vurub.

 

O, hadisə yerində ölüb. Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər